ABŞ HHQ-nin bazasında təyyarə qəzasından sonra uçuşlar dayandırılıb


Digərləri 22 Noy 2017 06:13:00 200 0

ABŞ HHQ-nin bazasında təyyarə qəzasından sonra uçuşlar dayandırılıb

Texas ştatının Del-Rio şəhərində yerləşən ABŞ Hərbi Hava Qüvvələrinin bazasında uçuşlar dayandırılıb

Bakı. Texas ştatının Del-Rio şəhərində yerləşən ABŞ Hərbi Hava Qüvvələrinin bazasında uçuşlar dayandırılıb. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, uçuşların dayandırılmasına səbəb ötən gün bu bazada "T-38 Talon" təlim-məşq təyyarəsinin qəzaya uğraması olub. Uçuşlar gələn həftədən yenidən həyata keçiriləcək. Qeyd edək ki, ötən gün Texas ştatının Del-Rio şəhərində yerləşən ABŞ Hərbi Hava Qüvvələrinin bazasında "T-38 Talon" təlim-məşq təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 1 pilot həlak olub, digəri isə yaralanıb. Qəzanın səbəbləri barədə məlumat verilmir. "T-38 Talon" təlim-məşq təyyarəsi ABŞ hərbçiləri tərəfindən geniş istifadə olunur. ABŞ-da hazırda 500-dən artıq bu tipli təyyarə var. Bir belə təyyarənin qiyməti 6 milyon dollar təşkil edir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin