İlin sonunadək ölkənin əksər məhkəmələrində “Elektron məhkəmə” informasiya sistemi tətbiq olunacaq


Sosial 22 Noy 2017 05:15:34 245 0

İlin sonunadək ölkənin əksər məhkəmələrində “Elektron məhkəmə” informasiya sistemi tətbiq olunacaq

"Bu, bütün məhkəmələrin 60 faizini əhatə edəcək"

İlin sonunadək Azərbaycanın əksər məhkəmələrində “Elektron məhkəmə” informasiya sistemi tətbiq olunacaq.

“Report” xəbər verir ki, bunu Azərbaycan ədliyyə nazirinin müavini Məhərrəm Əliyev "Xalq qəzeti"nə müsahibəsində deyib.

"Məhkəmə islahatlarında mühüm mərhələ olan “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi üzrə önəmli işlər görülür. Artıq yeni inşa olunmuş müasir məhkəmə binalarında bəzi komponentləri tətbiq olunan bu sistem ilin sonunadək bütün məhkəmələrin 60 faizini əhatə edəcəkdir ki, bu da ədalət mühakiməsinə çatımlılığın asanlaşdırılmasına, onun səmərəsinə və keyfiyyətinə əsaslı təsir göstərməklə insanlara daha əlverişli və rahat şərait yaradacaq", - deyə o əlavə edib.