Fransalı mer Alfortvile və işğal altında olan Laçın şəhəri arasında qardaşlaşmanı pisləyib


Siyasət 22 Noy 2017 03:24:08 263 0

Fransalı mer Alfortvile və işğal altında olan Laçın şəhəri arasında qardaşlaşmanı pisləyib

Mişel Qurinşa: “Bu sənədin imzalanması böyük bir səhvdir”

Fransanın Konyak şəhərinin meri ölkənin Alfortvile şəhərinin erməni işğalı altında olan Laçınla (erməni adı Berdzor) qardaşlaşmasını pisləyib.

Mer Mişel Qurinşa “Report”un Fransa bürosuna açıqlamasında belə bir xartiyanın imzalanmasını böyük səhv adlandırıb.

"Mən Fransanın Alfortvile şəhəri ilə Berdzor (Laçın) arasında qardaşlaşma xartiyasının imzalanmasını çox böyük təəccüblə qarşıladım. Hesab edirəm ki, belə bir sənədin imzalanması böyük bir səhvdir. Bu şəhər münaqişə zonasında, hətta demək olar ki, müharibə vəziyyətində olan bir ərazidə yerləşir. Biz sənədlərə imza atarkən belə vacib məsələlərə məsuliyyətlə yanaşmalıyıq. Biz ikitərəfli münasibətlərin inkişafına ünvanlanmış sənədləri imzalamazdan qabaq vəziyyəti hərtərəfli öyrənməli, bu münasibətlərdə üçüncü tərəfin olmadığına əmin olmalıyıq. Berdzor şəhəri ilə belə bir sənədin imzalanması yolverilməzdir. Çünki, bu şəhər Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisində, Dağlıq Qarabağda yerləşir", - deyə mer bildirib.