ABŞ Səudiyyə Ərəbistanına səfərlərin təhlükəli olması barədə vətəndaşlara xəbərdarlıq edib


Digərləri 22 Noy 2017 03:14:00 202 0

ABŞ Səudiyyə Ərəbistanına səfərlərin təhlükəli olması barədə vətəndaşlara xəbərdarlıq edib

ABŞ Səudiyyə Ərəbistanına səfər zamanı "riskləri diqqətlə nəzərdən keçirmək" zəruriliyi barədə vətəndaşlara xəbərdarlıq edib

Bakı. ABŞ Səudiyyə Ərəbistanına səfər zamanı "riskləri diqqətlə nəzərdən keçirmək" zəruriliyi barədə vətəndaşlara xəbərdarlıq edib. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Səudiyyə Ərəbistandakı səfirliyinin saytında yayılan bəyanatda bildirilir. Bəyanatda deyilir: "Dövlət Departamenti Səudiyyə Ərəbistanına səfər zamanı "riskləri diqqətlə nəzərdən keçirmək" zəruriliyi barədə ABŞ vətəndaşlarına xəbərdarlıq edir". Dövlət Departamenti bildirir ki, terror aktları təhlükəsi Ər-Riyad, Ciddə və Dəhran kimi böyük şəhərlərdə hələ də qalır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin