Abşeronda minik avtomobili yük furqonuna çırpılıb, sürücünün iki ayağı qırılıb - FOTO


Sosial 22 Noy 2017 02:00:11 253 0

Abşeronda minik avtomobili yük furqonuna çırpılıb, sürücünün iki ayağı qırılıb - FOTO

Qəza Novxanı qəsəbəsində baş verib

Abşeronun Novxanı qəsəbəsində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, qəza 1982-ci il təvəllüdlü Xanmuradov Sədrəddin Akif oğlunun idarə etdiyi "VAZ" markalı minik avtomobilinin "Ford" markalı yük furqonuna çırpılması nəticəsində qeydə alınıb.

Nəticədə S.Xanmuradov hər iki bud sümüyünün sınığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralının vəziyyəti ağırdır.