ƏhliBeytin məsəli Nuhun gəmisi kimidir…


Digərləri 21 Noy 2017 23:40:00 279 0

ƏhliBeytin məsəli Nuhun gəmisi kimidir…

Əgər müsəlmanlar Peyğəmbərdən (s) sonar vəhdəti qorusaydılar, İslam cəmiyyəti bu qədər firqəyə bölünməzdi və yolundan azmışdı. Ancaq çox təəssüf ki, belə olmadı. Peyğəmbərin (s) vəfatından çox keçməmiş, ümmət arasında ayrılıq düşdü və malik olduqları vəhdət münaqişəyə, keşməkeşlərə çevrildi. Hətta bəzən qanlı döyüşlərə belə gətirib çıxartdı.

Son.az deyerler.org-a istinadən bildirir ki, qəbilə təəssübkeşlikləri səbəb oldu ki, insanlar yeni firqələr yaratsınlar və Peyğəmbərin (s) göstərişlərinə diqqət etməsinlər. Ona görə də uzun zaman Peyğəmbərdən (s) gələn hədislərin yayılmasına maneəçilik yaratdılar. Yalançı hədislər yaymağa başladılar. Özlərindən yeni ictihadlar verdilər və Quranın buyurduqlarını öz nəzərlərinə görə təfsir etdilər.   Təəccüblüsü budur ki, Peyğəmbər (s) bunların baş verəcəyini dəqiqliklə qabaqcadan xəbər vermişdi. Həzrət (s) buyurmuşdu: "Musanın (ə) ümməti ondan sonra 71 firqəyə bölündü. Onlardan ancaq bir firqə naciyə (nicat tapan) firqəsidir. Qalan 70 firqə atəşdədir. İsanın (ə) ümməti ondan sonra 72 firqəyə bölündü. Onlardan biri naciyədir və qalanları atəşdədir. Mənim ümmətim isə 73 firqəyə bölünəcəkdir və onlardan biri nicat əhlidir. Qalanları atəşdədir". (Tebyan)   Həzrət (s) başqa yerdə buyurur: "Mən sizin üçün iki şeyi qoyuram və o zamana qədər ki, o ikisinə söykənərsiniz heç bir zaman yolunuzu azmazsınız: Allahın Kitabı və itrətim Əhli-Beyt (ə)".   Həzrət Peyğəmbər (s) buyurur: "Əhli-Beytimin (ə) məsəli sizin aranızda Nuhun (ə) gəmisi kimidir. Nuh (ə) qövmündən hər kim ona mindi - nicat tapdı və hər kim ondan geri çəkildə həlak oldu".   İmam Əli (ə) buyurur: "İslam ümməti 73 firqəyə bölünmüşdür. Canım əlində olan Alaha and olsun ki, bütün bu firqələr yolunu azmışdır, məgər o firqədən başqa ki, mənim ardıcılım olar və mənim davamçılarımdan olar".