Hansı şirkət neçə “ağıllı” saat satıb?


Digərləri 21 Noy 2017 23:45:00 324 0

Hansı şirkət neçə “ağıllı” saat satıb?

"Canalys" şirkəti cari ilin üçüncü rübünün nəticələrinə əsasən, qlobal daşınar cihazlar bazarında güclərin nümayişini qiymətləndirib.

Son.az lent.az-a istinadən xəbər verir ki, "Canalys"in məlumatları "ağıllı" qol saatları, həmçinin mümkün fitnes trekerlər kimi cihazların məlumatlarını əks etdirir.   Hesablamalara əsasən, "Apple" şirkəti iyuldan sentyabr ayına qədər olan üç ay ərzində 17,3 milyon ədəd daşınar cihaz tədarük edə və rübün lideri ola bilib. Bu isə bir illik nəticə ilə müqayisədə təxminən 2 faiz azdır.   Üç ay ərzində "Apple" imperiyası 3,9 milyon ədəd "Watch" saatlarının satışa çıxarıb. Beləliklə, şirkətin bazar payı 23 faiz təşkil edib. Qiymətləndirməyə əsasən, rüb ərzində tədarük edilən təxminən 800 min ədəd "Apple Watch" saatları mobil şəbəkələrdə fəaliyyəti dəstəkləyiblər.   İkinci yerdə "Xiaomi" şirkəti qərarlaşıb. Bu şirkət 3,6 milyon ədəd daşınar cihaz satıb və onun bazar payı 21 faizə bərabərdir.   İlk üçlüyü 3,5 milyon ədəd tədarüklə və dünya bazarındakı 20 faiz payla "Fitbit" şirkəti qapayır.   Aparıcı istehsalçıların reytinqinin dördüncü yerini "Huawei" şirkəti tutur. Belə ki, şirkət bu rüb ərzində 1 milyon ədəd cihaz satıb  ki, bu da bazarın 6 faizinə bərabərdir.   Sonrakı yeri 0,9 milyon ədəd cihaz satışı və 5 faiz bazar payı ilə "Samsung" şirkəti tutur.