Azərbaycanlı qadın Ukrayna sərhədçilərini ələ ala bilmədi


Dünya 21 Noy 2017 23:48:00 290 0

Azərbaycanlı qadın Ukrayna sərhədçilərini ələ ala bilmədi

Azərbaycan vətəndaşı olan xanım "Xarkov" aeroportunda onu inzibati məsuliyyətə cəlb etməmələri üçün sərhədçilərə 25 dollar təklif edib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Ukrayna Sərhəd Xidməti Şərq regional idarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, sərhədçilər rüşvətdən imtina ediblər və bu faktı sənədləşdirərək materialı hüquq-mühafizə orqanlarına veriblər.

Qeyd edək ki, saxlanılan Azərbaycan vətəndaşının adı açıqlanmır.