Satılan malın qiymətinin üstünə nə qədər əlavə pul qoymaq olar?


Digərləri 21 Noy 2017 23:15:00 389 0

Satılan malın qiymətinin üstünə nə qədər əlavə pul qoymaq olar?

Bəzi mənbələrdə ticarət hökmləri ilə bağlı satılan malın qiymətini neçə faiz artırmağın icazəli olması barədə məlumatlara rast gəlinir. Amma bu məlumatlar ziddiyyətli və şübhəlidir.

Son.az islam.az-a istinadən bildirir ki, İslam dini ticarət zamanı qiymətdə insafa riayət etməyi tövsiyə edir. Bir malın satış qiymətini təyin edərkən ona nə qədər zəhmət və xərc çəkildiyi, bazarın vəziyyəti, xalqın alıcılıq qabiliyyəti kimi amillər mütləq nəzərə alınmalıdır. Gərək elə qiymət qoyulsun ki, insafa uyğun olsun. Möhtəkirlik etmək, satışı inhisara almaq, qiyməti süni olaraq qaldırmaq günahdır. Satıcı da bu cəmiyyətin bir üzvü olduğunu unutmamalıdır.