Apteklərdə yoxlama aparılmasına səbəb olan şikayətlər daxil olmayıb


Digərləri 21 Noy 2017 23:04:00 300 0

Apteklərdə yoxlama aparılmasına səbəb olan şikayətlər daxil olmayıb

Bu il Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə apteklərdə yoxlama aparılmasına səbəb olan şikayətlər daxil olmayıb.

Son.az bildirir ki, bunu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Trend-in sorğusuna cavab olaraq bildirib.

"Bu il apteklərdə reydlər aparılmayıb. Çunki yoxlamalar dayandırılıb və yoxlamaya səbəb olacaq şikayətlər də daxil olmayıb".

Mərkəzdən qeyd edilib ki, bu il dərmanların ölkəyə idxalı zamanı keyfiyyətlə əlaqəli problemlər qeydə alınmayib. İdxal zamanı əsasən texniki səbəblərlə əlaqədar müəyyən problemlər olub ki, bunlar da içlik vərəqəsi və ya qablaşma ilə bağlı olub.