Nadir Qafarzadə intim səhnəli klip təqdim etdi VİDEO +18


Şou-biznes 21 Noy 2017 22:31:00 371 0

Nadir Qafarzadə intim səhnəli klip təqdim etdi  VİDEO +18

Tanınmış azərbaycanlı müğənni yeni klipində yataq səhnələrinin çəkilişlərinə gənc aktyorları cəlb etdi

Məşhur müğənni Nadir Qafarzadə "Könül" mahnısına çəkilmiş yeni klipin təqdimatını kemirib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, müğənninin bildirdiyinə görə, mahnı xeyli vaxtdır yazılsa da, ifaçı çəkiləcək klipilə bağlı uzun müddətdir götür-qoy edib.

Nadir Qafarzadə hamıdan fərqlənmək üçün 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulan yeni klipinə intim səhnələr daxil etməyi qərarlaşdırıb.

"Yataq səhnələrini gənc aktyorlar canlandırıb. Əminəm, xeyli təqid olacaq, amma bu mənim vecimə də deyil. İstəmiyən baxmasın" - deyə müğənni fikrini bildirib.

Azərbaycanın musiqi səhnəsinin "əjdahasının" fikrincə, bu klipdən problem yaratmaq üçün heç bir səbəb yoxdur.


Xəbərə aid video