"Əxlaqsızcasına" banan yeyən ərəb müğənni tutuldu


Digərləri 21 Noy 2017 22:19:00 292 0

"Əxlaqsızcasına" banan yeyən ərəb müğənni tutuldu

Misirdə qadın müğənni musiqili videoda alt paltarında çəkildiyi və "əxlaqsız şəkildə" meyvə yediyinə görə bir həftə müddətinə saxlanılıb.

25 yaşlı Şimə (Şəimə Əhməd) Misir polisi tərəfindən "əxlaqslığa təhrik" maddəsi ilə şübhəli qismində şənbə günü saxlanılıb.

Buna səbəb onun "Problemlərim var" adlı musiqli videoklipdə çəkilməsi olub.

Misir cəmiyyətinin əxlaq cərçivələrini aşan həmin video cəmiyyətdə etirazla qarşılanıb.

Müğənni, videosu tamaşaçıların hisslərinə toxunduğuna görə onlardan üzr istəyib.

"Videonun belə reaksiya doğuracağını gözləmirdim", -Şimə özünün Facebook səhifəsində yazıb.

Videoda müğənni sinif otağında bir neçə gənc oğlanın əhatəsində və "Sinif#69" yazısı yazılmış məktəb lövhəsi qarşısında duraraq şəhvətli tərzdə alma, banan və çips kartof ləpələri yeyir.

Bu videoya eləcə də onun alt paltar geyinməsi kadrları əlavə olunub.