İraqın baş naziri ölkədə İŞİD-in hərbi məğlubiyyətə uğradıldığını elan edib


Dünya 21 Noy 2017 21:46:15 306 0

İraqın baş naziri ölkədə İŞİD-in hərbi məğlubiyyətə uğradıldığını elan edib

Bundan əvvəl İran prezidenti Həsən Ruhani İŞİD terrorçularının məğlub edildiyini bildirib

İraqın baş naziri Heydər əl-Abadi ölkə ərazisində İŞİD terror təşkilatının hərbi məğlubiyyətə uğradıldığını elan edib.

"Report" NRT-yə istinadən xəbər verir ki, bununla yanaşı, o qeyd edib ki, siyasi ayrı-seçkilik İŞİD-in yeni terror aktları törətməsinə şərait yaradacaq.

Bundan əvvəl İran prezidenti Həsən Ruhani İŞİD terrorçularının məğlub edildiyini bildirib.