"Eurovision 2018"də daha bir ölkənin iştirakı təsdiqləndi


Digərləri 21 Noy 2017 20:51:00 254 0

"Eurovision  2018"də daha bir ölkənin iştirakı təsdiqləndi

"Eurovision - 2018" beynəlxalq mahnı müsabiqəsinə qatılan ölkələrin sayında dəyişiklik edilib.

Son.az axşam.az-a istinadən bildirir ki, siyahıya Makedoniya da əlavə olunub.

Bununla da bu il musiqi yarışmasında iştirak edən ölkələrin sayı 43-ə çatıb: Avstraliya, Avstriya, Azərbaycan, Albaniya, Ermənistan, Belarus, Belçika, Bolqarıstan, Macarıstan, Gürcüstan, Yunanıstan, Danimarka, İsrail, İrlandiya, İslandiya, Kipr, Latviya, Litva, Malta, Norveç, Niderland, Polşa, Rusiya, Rumıniya, San-Marino, Sloveniya, Serbiya, Ukrayna, Finlandiya, Xorvatiya, Monteneqro, Çexiya, İsveçrə, İsveç, Estoniya.

Həmçinin böyük beşlik ölkələri - İspaniya, Böyük Britaniya, İtaliya, Almaniya və Fransa 2017-ci ildə "Eurovision"un qalibi olmuş Portuqaliya ilə birgə birbaşa final mərhələsində iştirak edəcək.