Ölkə əhalisinin daha çox istifadə etdiyi nəqliyyat vasitəsi hansıdır?


Digərləri 21 Noy 2017 20:48:00 284 0

Ölkə əhalisinin daha çox istifadə etdiyi nəqliyyat vasitəsi hansıdır?

Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2017-ci ilin yanvar-oktyabr aylarında 185,9 milyon ton yük və 1 milyard 612,7 milyon sərnişin daşınıb.

Son.az Trend-ə istinadən bildirir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,7 faiz, sərnişin daşınması isə 2,2 faiz artıb. Yüklərin 63,9 faizi avtomobil, 26,1 faizi boru kəməri, 6,3 faizi dəmir yolu, 3,6 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınıb. Sərnişinlərin 88,1 faizi avtomobil, 11,6 faizi metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 118,9 milyon ton yük, 1 milyard 421,3 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,2 faiz və 1,7 faiz artım qeydə alınıb. Sərnişinlərin 96,0 faizi avtobus, 4,0 faizi isə minik taksilərinin xidmətindən istifadə edib. Yük dövriyyəsi 2,2 faiz, sərnişin dövriyyəsi isə 1,8 faiz artıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 5,5 faiz artaraq 187,3 milyon nəfər olub.