Piter Krauç maraqlı rekorda sahib çıxıb


İdman 21 Noy 2017 19:24:00 277 0

Piter Krauç maraqlı rekorda sahib çıxıb

İngiltərə millisinin sabiq futbolçusu Piter Krauç Premyer liqada daha bir maraqlı rekordun sahibi olub. Goal.az xəbər verir ki, liqa tarixində başla ən çox fərqlənən 36 yaşlı forvard "Birhton" - "Stoke City" (2:2) matçının 73-cü dəqiqəsində Şerdan Şakirini əvəzləyib. O, Premyer Liqada əvəzetmədən (143 dəfə) ən çox meydana çıxan futbolçu statusuna da sahib çıxıb. Krauç tvitterdə rekordla bağlı ünvanlanan təbriklərə: "Bununla fəxr etməliyəmmi?" - yazmaqla cavab verib.