Prezident İlham Əliyev livanlı həmkarını təbrik edib


Siyasət 21 Noy 2017 18:01:00 227 0

Prezident İlham Əliyev livanlı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Livan Prezidenti Mişel Auna təbrik məktubu göndərib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Livan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Livan xalqına sülh və tərəqqi arzulayıram".