FİFA-nın 3 eks məmuruna ömürlük futbol qadağası


İdman 21 Noy 2017 17:45:00 302 0

FİFA-nın 3 eks məmuruna ömürlük futbol qadağası

FİFA-nın 3 sabiq məmuru ömürlükü futbol fəaliyyətindən kənarlaşdırılıb. Goal.az xəbər verir ki, söhbət Xulio Roşa (Nikaraqua Futbol Federasiyasının eks prezidenti, FİFA-nın İnkişaf üzrə sabiq direktoru), Rafael Eskivel (Cənubi Amerika Futbol Konfederasiyasının eks vitse-prezidenti) və Riçard Layedən (FİFA-nın audit və normalara riayət olunması üzrə komitənin sabiq üzvü) gedir. Bu qərarı qurumun Etika Komitəsinin Arbitraj Palatası qəbul edib.

Eskivel danışılmış oyunlar, çirkli pulların yuyulması, teleyayım və arketinq hüquqlarının dövr edilməsi üçün rüşvət almasını etiraf edib. Digər 2 funksioner də oxşar ittihamlarla təqsirli bilinib. Hər 3 eks məmur miqdarı naməlum olan cərimələri də ödəməli olacaq.