Azərbaycan enerji məsələlərində Avropa İttifaqının mühüm tərəfdaşıdır


Siyasət 21 Noy 2017 17:29:00 244 0

Azərbaycan enerji məsələlərində Avropa İttifaqının mühüm tərəfdaşıdır

Enerji effektivliyi məsələsi qarşıdakı "Şərq Tərəfdaşlığı" sammitində əsas mövzu olacaq

Azərbaycan enerji məsələlərində Avropa İttifaqının (Aİ) mühüm tərəfdaşıdır.

Bu barədə "Report"a Aİ-də yüksək vəzifə sahibi olan mənbə noyabrın 24-də Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı" sammitini şərh edərkən bildirib.

Onun sözlərinə görə, enerji effektivliyi məsələsi qarşıdakı "Şərq Tərəfdaşlığı" sammitində əsas mövzu olacaq və bəlkə də yekun sənədin mətninə daxil ediləcək.

Yüksək vəzifəli nümayəndə qeyd edib ki, Aİ-nin bu sahə üzrə gələcək üçün iddialı planları var.