"Eləbelə, kefimdən" Etdiyi əməldən peşman olub "qismətdir" deyən oğru VİDEO FOTO


Digərləri 21 Noy 2017 17:08:00 296 0

"Eləbelə, kefimdən"  Etdiyi əməldən peşman olub "qismətdir" deyən oğru  VİDEO  FOTO

Abşeron rayon polis idarəsinin əməliyyatçıları Fatmayı qəsəbəsində plastik pəncərələri açaraq 2 evdən kabel və kombi oğurlayan Mehdiabad qəsəbə sakini, 21 yaşlı Nurəddin Orucovu yaxalayıblar.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, oğurluq edən gənc əməlini açıq-aşkar etiraf edib.

Nurəddin Orucov - Saxlanılan şəxs: "Təxmini 30-a yaxın evdən oğurluq etmişəm. Görürdüm heç kim yoxdur, girirdim. Arxamca adam düşüb qızılı gizlətmişəm, sonra gəlib tapa bilməmişəm".

Oğurluq etdiyi üçün əvvəllər də məhkumluq həyatı yaşayan Nurəddin, törətdiyi əməlin səbəbini belə izah edib.

Nurəddin Orucov - Saxlanılan şəxs: "Elə-belə, kefimdən".

Peşman olsa da gələcəkdə pul əldə etmək üçün bu yola əl atıb-atmayacağını isə qismətin ayağına yazıb.


Xəbərə aid fotolar