"İlin sonunadək TANAP üzrə işlərin böyük hissəsi başa çatacaq" Nazir


Digərləri 21 Noy 2017 17:00:00 253 0

"İlin sonunadək TANAP üzrə işlərin böyük hissəsi başa çatacaq"  Nazir

"Bu ilin sonunadək Transanadolu (TANAP) boru kəmərinin tikintisi üzrə işlərin 94 faizi başa çatacaq".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak deyib.

Nazir qeyd edib ki, TANAP Türkiyə üçün vacib enerji layihələrindən biridir və bunun reallaşması ölkənin regionda enerji qovşağına çevrilməsinə imkan verəcək.