Bakıda turistlərin sevimli bağı yenidən çiçəklənir FOTO


Digərləri 21 Noy 2017 16:47:00 345 0

Bakıda turistlərin sevimli bağı yenidən çiçəklənir  FOTO

Son.az xəbər verir ki, paytaxtın ən gəzməli-görməli yerlərindən olan Filarmoniya bağının (keçmiş "Vahid" və ya "Qubernator"- red.) siması getdikcə gözəlləşir.

Gözəlliyi və əsrarəngizliliyi ilə yanaşı Bakının digər bağlarından həmişə təmizliyi, səliqəliliyi ilə də seçilən bu bağ əcnəbi turistlərin ən sevimli yerlərindən biridir. Bunu nəzərə alaraq bağda daim abadlıq işləri aparılır. Bu dəfə isə bağda əkilməsi üçün minlərlə gül gətirilib. Ayrı-ayrı hissələrdə ağacların, kolların ətrafına əkilməklə yanaşı bu dəfə bağın bir hissəsi ayrıca güllüyə çevrilir.

Qeyd edək ki, paytaxtın digər küçə və parklarından fərqli olaraq burada yalnız kişilər çalışır.