Azərbaycanlı gənc bu əməli ilə Türkiyə polisini səfərbər etdi VİDEO


Kriminal 21 Noy 2017 16:26:00 277 0

Azərbaycanlı gənc bu əməli ilə Türkiyə polisini səfərbər etdi  VİDEO

Türkiyədə marketdən oğurluq edib qaçan azərbaycanlı sərhəddə tutulub. 

Son.az baku.ws-yə istinadən xəbər verir ki, hadisə Bursa şəhərində baş verib. 

33 yaşlı azərbaycanlı T.Z axşam saatlarında marketə girərək satıcını tapança ilə hədələyib və pulların verilməsini tələb edib. 

Marketin kassiri kassada olan 1000 lirəni (432 AZN) soyğunçuya verib. Pulu götürən azərbaycanlı marketi tərk edərək qaçmağa başlayıb. 

Polisə verilən xəbərdən sonra axtarışlara başlanılıb. Azərbaycanlı soyğunçu ölkədən qaçmaq istəyərkən Sarp sərhəd-keçid məntəqəsində saxlanılıb.