Bakıda temperatur yenə iqlim normasını keçdi


Digərləri 21 Noy 2017 16:14:00 245 0

Bakıda temperatur yenə iqlim normasını keçdi

Dünən Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 3-4 dərəcə yüksək olub.

Son.az xəbər verir ki, bunu özəl olaraq Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, dünən Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi üstünlük təşkil edib, 19 dərəcəyədək isti müşahidə edilib.

Belə hava şəraitinin əvvəlki illərdə noyabr ayının ayrı-ayrı günlərində müşahidə edildiyini deyən G.Məmmədova qeyd edib ki, sabahdan başlayaraq, ölkə ərazisində havanın temperaturu 5-7 dərəcə enəcək. Yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında temperatur iqlim normasına yaxın olacaq.