Azərbaycanda 10 xalça istehsalı müəssisəsi tikiləcək


Digərləri 21 Noy 2017 15:20:00 286 0

Azərbaycanda 10 xalça istehsalı müəssisəsi tikiləcək

Gələn il Azərbaycanda 10 yeni xalça istehsalı müəssisəsinin tikintisinə başlanılacaq.

Bakı. Gələn il Azərbaycanda 10 yeni xalça istehsalı müəssisəsinin tikintisinə başlanılacaq. Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Milli Məclisin plenar iclasında 2018-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib. Ş.Mustafayev bildirib ki, ölkədə xalçaçılıq sahəsini inkişaf etdirmək məqsədilə yeni istehsal müəssisələrinin yaradılması işləri davam etdirilir: "Belə ki, Horadiz qəsəbəsində və Şəmkir rayonunda bu müəssisələr artıq istifadəyə verilib, 6 rayonda müəssisələr istismara tam hazır vəziyyətə gətirilib, digər 2 rayonda isə işlər cari ilin sonunadək yekunlaşacaq, 2018-ci ildə 10 yeni müəssisənin tikintisinə başlanılacaq". Nazir əlavə edib ki, xalçaçılığın xammal bazasının yaradılması üçün Sumqayıtda Yunəyirici Boyaq fabrikinin tikintisinə bu ilin sonunda başlanılması və 5 rayonda yun və boyaq maddələri tədarükü məntəqələrinin tikintisi nəzərdə tutulur. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin