Lənkəranda yanacaqdoldurma məntəqəsində xəsarət alanların ADLARI məlum oldu


Digərləri 21 Noy 2017 15:25:00 225 0

Lənkəranda yanacaqdoldurma məntəqəsində xəsarət alanların ADLARI məlum oldu

Lənkəranda yanacaqdoldurma məntəqəsində xəsarət alan şəxslərin adları məlum olub

Bakı. Samir Əli - Lənkəranda yanacaqdoldurma məntəqəsində xəsarət alan şəxslərin adları məlum olub. Trend-in məlumatına görə, hadisə nəticəsində xəsarət alanların hər ikisi rayonun Separadi kənd sakinləridir. Hadisə nəticəsində ağır xəsarət alan 1994-cü il təvəllüdlü Məmmədov Əbülfəz Əbülfət oğlu və 1971-ci il təvəllüdlü Allahverdiyev Çingiz Qubad oğlu ağır yanıq xəsarətləri ilə Lənkəran şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan Trend-ə verilən məlumata görə, hazırda hər iki şəxs xəstəxananın reanimasiya şöbəsindədirlər. Qeyd edək ki, gündüz saatlarında Lənkəranda yanacaqdoldurma məntəqəsində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, rayonun Separadi kəndində yanacaqdoldurma məntəqəsində baş verən yanğın tam söndürülüb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin