İngiltərənin "Çelsi" komandası Bakıda son məşqinə çıxıb


Sosial 21 Noy 2017 15:08:24 261 0

İngiltərənin "Çelsi" komandası Bakıda son məşqinə çıxıb

Məşqdə 20 futbolçu iştirak edib

Noyabrın 22-də Çempionlar Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"ın qonağı olacaq İngiltərənin "Çelsi" komandası son məşqinə çıxıb.

"Report" xəbər verir ki, saat 15:00-da start götürən hazırlıq prosesi "Bakcell Arena"da gerçəkləşib.

Məşqdə 20 futbolçu iştirak edib.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 21:00-da başlayacaq.