Afina metrosu işləmir - TƏTİL


Digərləri 21 Noy 2017 14:45:11 289 0

Afina metrosu işləmir - TƏTİL

Afina metrosunun əməkdaşları tətil keçirirlər

Bakı. Afina metrosunun əməkdaşları tətil keçirirlər. Trend-in məlumatına görə, bu səbəbdən yollarda tıxacların, eləcə də ictimai nəqliyyatda sərnişindaşımada problemlərin olacağı gözlənilir. Etiraza səbəb metronun özəlləşdirmə fonduna verilməsi barədə qərarı olub. Bununla bağlı metropoliten əməkdaşları ölkənin maliyyə naziri ilə görüş tələb edirlər. Əməkdaşlar hesab edirlər ki, yeraltı nəqliyyatın gəlirliyinin artırılması məqsədilə verilən özəlləşdirmə qərarı əhalinin güzəştli təbəqəsinin metrodan pulsuz istifadə hüququnu məhdudlaşdıracaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin