“Pulumun getməsinə görə elə dedim” Polisə yalan danışan şəxs saxlanıldı VİDEO FOTO


Kriminal 21 Noy 2017 13:32:00 283 0

“Pulumun getməsinə görə elə dedim”  Polisə yalan danışan şəxs saxlanıldı  VİDEO  FOTO

Abşeron rayon sakini Ramil Atakişiyev polisə müraciət edərək bildirib ki, tanımadığı şəxs ona qarşı quldurluq edərək pulunu alıb. Son.az ARB TV-yə istinadən xəbər verir ki, dərhal araşdırmalara başlayan hüquq mühafizə orqanı əməkdaşları Ramil Atakişiyevin yalnış məlumat verdiyini aşkar ediblər və o, saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilib. Atakişiyevin sözlərinə inansaq, Şamaxinkadan Xırdalana gedərkən "Mercedes" markalı avtomobilin sürücüsünə maşın almaq adı ilə 408 manat verib, lakin sonradan həmin adamla əlaqə saxlaya bilməyəndə polisə yalnış məlumat vermək qərarına gəlib. Ramil Atakişiyev - saxlanılan şəxs: "Polisə məlumat verdim ki, mənə bıçaq çıxarıb 408 manat alıblar. Pulumun getməsinə görə elə dedim ki, pulum bərpa olsun". Faktla bağlı Rayon Polis İdarəsində açılan cinayət işi üzrə araşdırmalar davam etdirilir.


Xəbərə aid foto