Nazir: "Bu il manat 10% möhkəmlənib"


İqtisadiyyat 21 Noy 2017 13:16:39 243 0

Nazir: "Bu il manat 10% möhkəmlənib"

Samir Şərifov: "İcmal büdcədə 1,2% profisit əldə olunub"

Cari ilin əvvəlindən Az'rbaycan milli valyutasının məzənnəsi möhkəmlənib. "Report"un verdiyi xəbərə görə, bunu maliyyə naziri Samir Şərifov parlamentin bugünkü plenar iclasında 2018-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı bildirib.

"Bu müddətdə manatın ABŞ dollarına münasibətdə məzənnəsində 10 faiz möhkəmlənmə qeydə alınıb", - deyə nazir əlavə edib.

S.Şərifov qeyd edib ki, cari ilin əvvəli ilə müqayisədə iqtisadi geriləminin sürəti azalıb: "Valyuta ehtiyatlarından qənaətlə istifadə edilməsi, fiskal tədbirlər hesabına 9 ayda icmal büdcənin kəsiri daralıb, əksinə, 1,2 faiz profisit əldə olunub".