“Yalandır, 1000 manat yox, 160 manat pensiya alıram” Rasim Balayev


Kriminal 21 Noy 2017 13:16:00 330 0

“Yalandır, 1000 manat yox, 160 manat pensiya alıram”  Rasim Balayev

"Rasim Balayev ayda 1300 manat prezident təqaüdü, 1000 manat şəxsi pensiya, xalq artisti adına görə 100 manat, orden və medallarına görə də müəyyən ödənişlər alır. Bundan əlavə reklam və seriallara da çəkilir, istədiyi qonorarı ala bilir. Buna baxmayaraq, Rasim Balayev istənilən vaxt qurumumuza müraciət edərsə, ona köməklik göstərməyə hazırıq".

Bunu  ötən gün Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xalq artisti Rasim Balayevlə bağlı açıqlamasında bildirib.

Son.az xəbər verir ki, xalq artisti Rasim Balayev isə modern.az-a deyib ki, həmin fikirlərin hamısı yalandır:

"Mənim şəxsi pensiyam çox azdır, yəni 150-160 manat alıram.  

Bilirsiniz, onlar həmişə məni dövlətli bilirlər, qoy elə də bilsinlər. Eyni zamanda, onlar həmişə mənə altdan yuxarı baxırlar. Orada qeyd edilib ki, guya mənimlə əlaqə yaradıblar. Halbuki, mən heç Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü də deyiləm və azad bir adamam. Mənim 2400 manatdan çox pul qazanmağım məsələsi tamamilə yalandır".