Rasim Balayev müalicə üçün Türkiyəyə göndərilir


Kriminal 21 Noy 2017 13:09:00 269 0

Rasim Balayev müalicə üçün Türkiyəyə göndərilir

Azərbaycanın xalq artisti Rasim Balayev müalicə olunmaq üçün Türkiyəyə gedəcək.

Son.az-ın xəbərinə görə, bu barədə report-a xalq artisti özü məlumat verib.

O, Türkiyəyə noyabrın 22-də yollanacağını, müalicə xərclərinin Azərbaycan dövləti tərəfindən ödəniləcəyini deyib:

"İstanbula gedirəm. Müalicə alacağım xəstəxananın adını hələ bilmirəm. İndiyədək, demək olar ki, Bakıdakı bütün xəstəxanaları gəzmişəm, hara göndərirdilər ora da gedirdim".