Canlı yayımda şok


Digərləri 21 Noy 2017 12:51:00 227 0

Canlı yayımda şok

Argentinanın ən məşhur qadın teleaparıcısı, yerli Opra Uinfri sayılan Susana Himenes canlı yayımda pərt olub.

Son.az El Mundo-ya istinadən bildirir ki, 73 yaşlı teleaparıcı İngiltərənin "Mançester Siti"nin argentinalı ulduzu Serhio Aqueyronun sevgilisi, müğənni Karina Tehedanı studiyaya dəvət etmişdi.

Teheda studiyaya kiçik, miniatür iti ilə gəlmişdi.

Susana Himenes iti qucağına alıb oxşamağa, sığallamağa başlayanda köpək həyəcandan teleaparıcının sinəsini batırıb.

İyrənən teleaparıcı "Aparın bunu! Götürün! Ayyy" qışqırıb.


Xəbərə aid fotolar