Madrid derbisində mühafizəçi gözündən oldu


İdman 21 Noy 2017 12:34:00 325 0

Madrid derbisində mühafizəçi gözündən oldu

İspaniya çempionatında XII turun "Atletiko" - "Real Madrid" matçının keçirildiyi "Metropolitano" stadionunda mühafizəçisi fanatın hücumuna məruz qalıb.

Goal.az xəbər verir ki, hadisə stadion yaxınlığında oyunun əsas vaxtının bitməsinə 10 dəqiqə qalmış baş verib.

Mühafizəçi və stüardlar stadionu biletsiz tərk etmək istəyən azarkeşi tutmağa çalışıblar. Bu zaman fanat mühafizəçilərdən birinin üz nahiyəsinə güclü yumruq zərbəsi vurub. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Sonradan məlum olub ki, onun bir gözü görmə qabiliyyətini itirib.

"Atletico" fanatın tapılması üçün polisə müraciət edib. (AS)