Myanma Aİ-nin rohinca müsəlmanları ilə bağlı vəziyyəti araşdırmaq təklifindən imtina edib


Dünya 21 Noy 2017 10:30:15 327 0

Myanma Aİ-nin rohinca müsəlmanları ilə bağlı vəziyyəti araşdırmaq təklifindən imtina edib

Sinqapur XİN başçısı: "Problemin həllində əsas məsələ şiddətin dayandırılmasıdır"

Myanma hökuməti Avropa İttifaqının (Aİ) ölkənin rohinca müsəlmanlarının yaşadığı qərb bölgəsindəki vəziyyəti müstəqil şəkildə araşdırmaq təklifindən imtina edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan Myanmada keçirilmiş Asiya-Avropa XİN başçıları görüşünün yükununda bildirib.

"Görüşdə bənzər təkliflər oldu, lakin Myanmanın dövlət müşaviri və xarici işlər naziri Aun San Su Çji hamını əmin etdi ki, beynəlxalq ictimaiyyətin daha əvvəl rohincalarla bağlı məsələdə tövsiyyə etdiyi bütün tədbirlər yerinə yetirilir. Üstəlik, yerli xüsusi komissiyanın lazımi araşdırmaları apardığı bildirildi", - V.Balakrişnan vurğulayıb.

Onun sözlərinə görə, Myanma hökumətinə yaranmış bu çox çətin vəziyyətdə dəstək vermək lazımdır.

"Problemin həllində əsas məsələ şiddətin dayandırılmasıdır", - XİN başçısı bildirib.