Nazirlik: Bakıda tozun miqdarı sanitar normadan yuxarıdır


Sosial 21 Noy 2017 10:08:59 248 0

Nazirlik: Bakıda tozun miqdarı sanitar normadan yuxarıdır

Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti toz-dumanı ilə bağlı müşahidələr aparır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı hər üç saatdan bir müşahidələr aparır.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə bu gün səhər saat 9:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə atmosfer axınları ilə ölkə ərazisinə daxil olub.