ABŞ-da qırıcı təyyarə qəzaya uğrayıb, pilot ölüb


Dünya 21 Noy 2017 10:04:33 272 0

ABŞ-da qırıcı təyyarə qəzaya uğrayıb, pilot ölüb

Hərbi prokurorluq hadisənin araşdırılmasına başlayıb

ABŞ-ın Texas ştatında "Laughlin" aviabazasının yaxınlığında Birləşmiş Ştatlar istehsalı olan "T-38 Talon" ikiyerlik səsdən sürətli təyyarəsi qəzaya uğrayıb. 

"Report" "Fox News" telekanalına istinadən xəbər verir ki, hadisə Del Rio şəhərində baş verib.

Qəza nəticəsində pilotlardan biri ölüb,digər pilot isə "Val Verde" tibb mərkəzinə çatdırılıb.

Hərbi prokurorluq hadisənin araşdırılmasına başlayıb.