Milli Məclisdə büdcə müzakirələri başlayır


Digərləri 21 Noy 2017 09:10:51 298 0

Milli Məclisdə büdcə müzakirələri başlayır

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, iclasda 2018-ci ilin dövlət büdcəsi ətrafında müzakirələr aparılacaq. Parlamentin büdcə müzakirələri üç gün davam edəcək.

Qeyd edək ki, bundan əvvəl 2018-ci ilin dövlət büdcəsi Milli Məclisin komitələrinin və müxtəlif dövlət qurumlarının birgə iclasında müzakirə edilib və plenar iclasa tövsiyə olunub.