OnePlus 5 əlavəsi smartfon üçün təhlükə yaradır


Digərləri 21 Noy 2017 08:41:00 249 0

OnePlus 5 əlavəsi smartfon üçün təhlükə yaradır

Proqram tərtibatçısı Elliot Olderson "OnePlus 5" smartfonunda "EngineerMode" əlavəsini aşkarlayıb. Mütəxəssis proqramın imkanlarını təhlil edərək onun qurğuya ziyan vura və istifadəçilərin məxfiliyi üçün təhlükə yarada bilməsi qənaətinə gəlib.   Son.az ICTnews-a istinadən bildirir ki, qurğunun satışa çıxarılmazdan əvvəl onun iş qabiliyyətinin yoxlanılması üçün nəzərdə tutulan "EngineerMode" əlavəsi ilk baxışdan adi görünür. Lakin məsələ ondadır ki, keyfiyyətin yoxlanışından sonra proqram qurğudan silinməli olduğu halda "OnePlus" şirkəti bunu etməyib. Təhlükə "EngineerMode" əlavəsinin smartfonun idarəetməsi üzərində böyük hüquqlara malik olmasındadır.   E.Olderson problemlə bağlı "OnePlus" şirkətinə müraciət edib. Onun sorğusuna reaksiya verən şirkət təsisçisi Karl Pey tərtibatçıya problemi aşkarladığına görə minnətdarlığını bildirib.   Tərtibatçının məlumatına görə, "OnePlus 3", "OnePlus 3T" və "OnePlus 5" smartfonlarında quraşdırılan potensial təhlükəli proqramla sistem əlavələri siyahısında tanış olmaq mümkündür.