"Atletiko"Real" matçında mühafizəçi kor olub


Digərləri 21 Noy 2017 08:40:00 261 0

"Atletiko"Real" matçında mühafizəçi kor olub

Hadisə oyunun əsas vaxtının bitməsinə 10 dəqiqə qalmış baş verib

İspaniya çempionatının 12-ci turunda "Atletiko" və "Real" arasında baş tutan (0:0) matç zamanı Madridin "Vanda Metropolitano" stadionunun mühafizəçisi fanatın hücumuna məruz qalıb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə stadion yaxınlığında oyunun əsas vaxtının bitməsinə 10 dəqiqə qalmış baş verib. Mühafizəçi və stüardlar stadionu biletsiz tərk etmək istəyən azarkeşi tutmağa çalışıblar. Bu zaman fanat mühafizəçilərdən birinin üz nahiyəsinə güclü yumruq zərbəsi vurub. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Sonradan məlum olub ki, onun bir gözü görmə qabiliyyətini itirib. "Atletiko" hadisədən sonra qaçmağa müyəssər olan fanatın tapılması üçün polisə müraciət edib.