Dağlıq Qarabağ münaqişəsini diqqətlə izləyirik


Siyasət 21 Noy 2017 08:03:00 239 0

Dağlıq Qarabağ münaqişəsini diqqətlə izləyirik

Biz Dağlıq Qarabağ münaqişəsini diqqətlə izləyirik.

Son.az Trend-ə istinadən bildirir ki, bunu RBK-ya intervyusunda ATƏT-in yeni baş katibi Tomas Qreminger bildirib.

"Bizim xüsusi alətimiz - ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik tərəfindən başçılıq edilən və təmas xətti boyunca vəziyyətə diqqətlə nəzarət edən əməkdaşları olan missiyamız var. Biz son zamanlar baş verən alışmadan narahat idik", - deyə Qreminger bildirib.

Baş katib həmçinin deyib ki, onun rolu ondan ibarətdir ki, Minsk qrupunun üç həmsədrinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılmasına yönələn səylərinə dəstək olsun.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Son.az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin