Sergey Lavrov İrəvanda Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək


Siyasət 21 Noy 2017 07:51:24 277 0

Sergey Lavrov İrəvanda Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

XİN rəhbəri Ermənistan rəhbərliyi ilə görüşlər keçirəcək

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda Ermənistan rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərini müzakirə edəcək.

“Report” xəbər verir ki, XİN rəhbəri erməni həmkarı Edvard Nalbandyan və Ermənistan prezidenti Serj Sarqsyanla danışıqlar aparacaq.

Lavrov İrəvana Bakıdan gedib. Burada o Azərbaycan rəhbərliyi ilə münaqişənin həlli yollarını müzakirə edib. Onun sözlərinə görə, problemin bir çox istiqamətləri artıq müəyyənləşdirilib:

"Münaqişə heç kimi qane etmir, həll yollarını tapmaq lazımdır, üstəlik nəticəyə gətirib çıxarmalı olan bir çox istiqamətlər aydın görünür".