Milli Məclisdə büdcə müzakirələri başlayır


Digərləri 21 Noy 2017 07:56:41 332 0

Milli Məclisdə büdcə müzakirələri başlayır

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Bakı. Elçin Mehdiyev - Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Trend-in məlumatına görə, iclasda 2018-ci ilin dövlət büdcəsi ətrafında müzakirələr aparılacaq. Parlamentin büdcə müzakirələri üç gün davam edəcək. Qeyd edək ki, bundan əvvəl 2018-ci ilin dövlət büdcəsi Milli Məclisin komitələrinin və müxtəlif dövlət qurumlarının birgə iclasında müzakirə edilib və plenar iclasa tövsiyə olunub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin