Çində insanları smartfonlarla tanıyacaqlar


Digərləri 21 Noy 2017 07:41:00 276 0

Çində insanları smartfonlarla tanıyacaqlar

Uhan şəhərində yaşayan çinlilər indi kimliyi təsdiq edən sənədlərin əvəzinə, smartfonda xüsusi proqramdan istifadə edə bilərlər.

Son.az ICTnews-a istinadən bildirir ki, İctimai Təhlükəsizlik Bürosu tərəfindən hazırlanmış proqram özündə 8 sənəd saxlayır: ID kart, milli pasport, Honkonq və Makaoya daxil olmaq üçün icazə, materik Çin sakininin pasportu, Tayvana daxil olmaq üçün icazə, ev təsərrüfatlarının qeydiyyatı, yaşayış icazəsi və sürücülük vəsiqəsi.

Çində ilk dəfə Uhan şəhərində vətəndaşların elektron eyniləşdirilməsi smartfonlar vasitəsilə yoxlanılır. Uhan şəhərində köçən vətəndaşlar proqram üzərindən öz yaşayış yerlərini yenidən qeydə ala bilərlər.