Yeni boşluq ekrandakı videonu yazır


Digərləri 21 Noy 2017 07:33:00 274 0

Yeni boşluq ekrandakı videonu yazır

"MWR InfoSecurity" şirkətinin mütəxəssisləri "Android" platforması üçün yeni eksploit aşkar ediblər. Bu eksploit istifadəçidən xəbərsiz qurğunun ekranında açılmış videonu yazır. "Android 5.0 Lollipop"dan "Android 7.1 Nougat"-dək bütün versiyalar bu eksploitə dayanıqsızdırlar.

Son.az ICTnews-a istinadən bildirir ki, sözügedən eksploit proqram yaradıcılarına ekran təsvirlərini ələ keçirməyə və ya səsi yazmağa imkan verən "MediaProjection" freymvörkündən istifadə edir. "Lollipop" versiyasınadək bunun üçün superistifadəçi hüququ və ya xüsusi açarlar tələb olunurdu, amma "Android 5.0" sisteminin çıxarılması ilə proqramçıların işi asanlaşdı.

"Google" şirkəti "Android 8.0 Oreo" versiyasında aşkar edilmiş boşluğu aradan qaldırıb. Bununla belə, şirkətin məlumatına görə, "Android" sistemi ilə işləyən qurğuların 77,5%-i "Android" əməliyyat sisteminin "5.0"-dan "7.x"-dək olan versiyaları ilə işləyir.