Mingəçevirdə FHN-in əməkdaşı xidməti vəzifəsini icra edərkən yaralanıb


Sosial 21 Noy 2017 00:08:01 319 0

Mingəçevirdə FHN-in əməkdaşı xidməti vəzifəsini icra edərkən yaralanıb

Hadisə Su anbarında xidmət zamanı baş verib

Mingəçevirdə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı xidməti vəzifəsini icra edərkən yaralanıb.

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə Mingəçevir Su anbarına aid lyukda aparılan iş zamanı baş verib.

1989-cu il təvəllüdlü şəhər sakini İlkin Güloğlan oğlu Bədəlov xəstəxanaya çatdırılıb. Əldə edilən məlumata əsasən, xəstəxanada tibbi yardım alan İ.Bədəlovun vəziyyəti stabildur.