Siqareti tərgitdikdən sonra orqanizmdə nə baş verir?


Digərləri 20 Noy 2017 23:36:00 369 0

Siqareti tərgitdikdən sonra orqanizmdə nə baş verir?

Dünyada siqaretin ilk idxalçıları xristianlar olub. Siqaretin tərkibində ən az 300 növ müxtəlif xərçəng əmələ gətirən 4000-ə yaxın zəhərli maddə vardır. Bunlardan Karbon monoksit (rəngsiz, iysiz, dadsız zəhərləyici qaz), Arsenik (siçan zəhəri), Hidrogen siyanür (qaz otaqları zəhəri), DDT (böcək öldürücü zəhər), Metanol (mərmi yanacağı), Radon (radiasiya), Toluen (tiner), Kadmiyum (ağı metalı), Bütan (balon qaz), Aseton (lak həll edici), Naftalin (güvə qovucu), Amonyak (tualet təmizləyici) və s. zəhərli maddələri sadalamaq olar. Hər bir nəfəsdə siqaret tüstüsü insan orqanizmində 50 min beyin hüceyrəsini məhv edir.

Siqaret və onun yaratdığı xəstəliklər səbəbindən hər il dünyada 6 milyon insan həyatını itirir. Statistikaya görə, siqaret hər 10 saniyədə 1 insanın ölümünə səbəb olur. Hər gün ən az 2 nəfər siqaret aludəçisi ağciyər, ağız nahiyəsi vərəminə tutulur. Yalnız Azərbaycanda 5 milyona yaxın siqaret istifadəçisi var ki, bu rəqəmin 70%-ni 17-20 yaş arası gənclər təşkil edir. Bu, dünya üzrə ən yüksək göstəricilərdən biridir.

Tütün məhsullarının tərkibində 4 mindən artıq kimyəvi maddə var ki, bunlar birbaşa ağciyər, boğaz, mədə xərçəngləri, qida borusu, qırtlaq, mədəaltı vəz, sidik kisəsi, prostat, infarkt, iflic, ürək və damar xəstəlikləri kimi ölümcül xəstəliklərə yol açır. Siqaret çəkən insanların 90%-i ağciyər xərçənginə yoluxaraq dünyasını dəyişib. Mütəxəssislər qeyd edir ki, tütün məhsullarından istifadə edən insanların xərçəngə yoluxma riski 30% daha çoxdur. Siqaret çəkmək reproduktiv sağlamlığa mənfi təsir göstərir.

Kişilərlə bərabər tütün məhsullarından istifadə edən qadınların da sayı az deyil. Təəssüf ki, siqaret qadınlarda abort, erkən doğum, kişilərdə isə sonsuzluğa səbəb olur. Buna görə sağlam yaşamaq üçün siqareti atmaq lazımdır. Alimlər araşdırma zamanı siqareti atan insanın orqanizmində 24 saat sonra ciddi dəyişikliklər müşahidə ediblər.

Son.az siqareti tərgitdikdən sonra insan orqanizmində gedən dəyişikliklər haqqında maraqlı faktları təqdim edir: