Saç boyalarındakı BÖYÜK TƏHLÜKƏ: xərçəng ola bilərsiniz


Digərləri 20 Noy 2017 23:27:00 343 0

Saç boyalarındakı BÖYÜK TƏHLÜKƏ: xərçəng ola bilərsiniz

Demək olar ki, əksər xanımlar həm gözəllik məqsədi ilə, həm də ağaran saçlara çarə olaraq saç boyalarından istifadə edir. Həmçinin son zamanlar kişilərin də əksəriyyəti saç boyalarından geniş şəkildə yararlanır. Bəs saç boyalarının orqanizmə hansı zərəri var?

Son.az ailem.az-a istinadən bildirir ki, Finlandiyada aparılan araşdırma nəticəsində saç boyalarında olan bir kimyəvi maddənin olduqca təhlükəli olduğu ortaya çıxıb. Qadın və ya kişi mütəmadi olaraq saçlarını boyayırsa, ölümcül olan o xəstəliyə yaxalanma riski çoxdur. Bildirilir ki, bu kimyəvi maddə qadınlarda və kişilərdə xərçəng yaradır. Xüsusilə qadınlarda bu hal döş xərçənginə səbəb olur.