Elm adamlarından dəhşətli 2018ci il XƏBƏRDARLIĞI: QARŞISIALINMAZ FƏLAKƏT GƏLİR


Digərləri 20 Noy 2017 22:34:00 270 0

Elm adamlarından dəhşətli 2018ci il XƏBƏRDARLIĞI: QARŞISIALINMAZ FƏLAKƏT GƏLİR

Elm adamları Yer kürəsinin öz oxu ətrafında fırlanma sürətindəki azalmaya görə güclü zəlzələlərin baş verə biləcəyini ehtimal edirlər.

Son.az xəbər verir ki, mütəxəssislər sürət dəyişikliyinin, xüsusilə, sıx əhaliyə malik tropik bölgələrdə seysmik fəaliyyətlərə təkan ola biləcəyini deyib.

Yer kürəsinin fırlanma sürəti və seysmik fəaliyyət arasındakı əlaqə Amerikanın Kolorado Universitetindən Rocer Bilham və Montana Universitetindən Rebeka Bendikin araşdırmaları nəticəsində ortaya qoyulub. Onlar 1900-cü ildən sonra baş verən bütün 7 bal gücündəki zəlzələləri araşdırıblar. Alimlər dünyanın fırlanma sürəti və zəlzələ aktivliyi arasında güclü bir əlaqə olduğunu və gələn il bu əlaqə nəticəsində şiddətli zəlzələlər baş verəcəyini bildirib.