Bürclərin ən çox QISQANILAN cəhətləri


Digərləri 20 Noy 2017 22:00:00 275 0

Bürclərin ən çox QISQANILAN cəhətləri

Heç birimiz etiraf edə bilməsək də, həyatda zaman-zaman qısqandığımız, həsəd apardığımız, hətta paxıllığını belə çəkdiyimiz insanlar olub. Əlbəttə bu, bizim üçün də keçərlidir. Biz də kimlər üçünsə ideal ola bilərik. Astrologiya elmi bunu psixoloji deyil, birbaşa hansı bürc altında dünyaya gəlmənizlə əlaqələndirir.

Son.az bürcünüzün ən güclü xasiyyəti və sizi ətraf üçün ideal edən cəhətləriniz haqqında maraqlı faktlarla tədqim edir:

Qoç Kişi və qadın qoçlar güclü və sağlam bir şəxsiyyətə sahibdirlər.

Qoç bürcü altında dünyaya gələn insanların daxilində böyük məqsədlər, zirvəyə çatmaq həvəsi olur. İnadkar və əzmkar olurlar. Bu səbəbdən də liderlərin əksəriyyəti qoç bürcü altında dünyaya gəlib. Qoçlar hər zaman cəsarətləri sayəsində mümkünsüz işlərin belə öhdəsindən gələ bilirlər. Qoçların içindəki alov onları macəraçı, lider, cəsur, dinamik, səbrsiz etdiyi üçün bu xüsusiyyətlər Qoçda ən çox həsəd aparılan xüsusiyyətlərdir. Dini inancları isə çox zaman neytral olur.

Buğa Buğa bürcü altında doğulan insanlar eynilə buğanın ən güclü xarakterlərinə sahibdirlər. Mənəvi cəhətdən çox güclü insan olurlar.

Ancaq buğaların sərt görünüşü sizi aldatmasın. Qəddar olmurlar. Ədalətli insanlar olurlar. Buğalar eyni zamanda, çox zərif, incə, səmimi və həssas ola bilirlər. Onların qərarlı və əzmli olmaları isə ən diqqətçəkici xüsusiyyətləridir. Məqsədlərindən asan vaz keçməzlər. Arzuladıqları hədəf üçün dayanmadan irəli gedirlər. Zəhmətkeş olurlar. Onların belə iradəli və əzmli halları ətrafındakı insanları onları qısqanmağa vadar edir.

Əkizlər İkili təbiətləri və qərarsız olmaları onları xarakterizə edən əsas xüsusiyyətdir.

Bəlkə də bunun sayəsində əkizlər bürcü altında dünyaya gələn insanlar bütün problemlərə ikitərəfli baxaraq obyektiv qərar verməkdə çətinlik çəkmirlər. Əkizlər üçün hissləri onlara verilmiş çox özəl bir hədiyyədir. Gözəl və təsirli danışıqları ilə əkizlər çox yaxşı münasibət qurur və populyar insanlar olurlar. Maraqlı, çox danışan və enerjilidirlər və bu onların ən çox qısqanılan xüsusiyyətləridir.

Xərçəng Duyğusal yönləri ilə bilinən xərçəng bürcləri həqiqi hisslərini əslində sərt qabıqları altında gizlədirlər.

Olduqca həssas və yumşaq xarakterli insanlardır. Bürclər arasında ən güclü yumor hissinə sahib olan məhz xərçənglərdir. Xərçəng bürcləri kobudluğu sevmir. Sevdikləri insanları əyləndirməkdən zövq alırlar. Qarşılıqsız sevgi onların başının bəlasıdır. Bu canayaxın və hər kəs tərəfindən sevilən xüsusiyyətləri ən qısqanılan və gözəbatan xüsusiyyətləridir.

Şir bürcü Şir hər zaman tərif sevən olur. Bu bürcün nümayəndələri sevilmək və heyran olunmaq arzusu ilə yanıb-tutuşur. Küsəyən olsalar da, cana yaxın ruhludurlar.

Olduqca ehtiraslıdırlar. Hansı sahədə olmalarından asılı olmayaraq mütləq zirvə arzusundadırlar. Hər zaman diqqət mərkəzində qalmağı bacarırlar. Xüsusilə onları sevən, həsəd aparan insanları gördükdə onların yanında daha çox qalıb motivasiya almağı sevirlər. İnadkarlıqları onların ən çox qısqanılan xüsusiyyətlərindəndir.

Qız Qız bürcü altında doğulmusuzsa siz, olduqca intellektual insansız. Şəxsi həyatınızda qərar qəbul etməkdə nə qədər qərarsızsınızsa, kariyera mövzusunda da bir o qədər doğru və düzgün qərarlar verə bilirsiz.

Cəmiyyət arasında istənilən xarakterli insanlarla münasibət qura bilirlər. Mülayim və gülərüz xasiyyətli olmaları insanlarda onlara qarşı maqnit effekti yaradır. Bürclər arasında bu xüsusiyyətlərinə görə, liderdirlər. Diqqətli və məsuliyyətlidirlər. Məntiqli, güvənilən, kömək sevər və seçici bu bürcün üzvləri mükəmməl olmaları səbəbilə incə-incə və sevərək qurduğu həyatları ilə digərlərinin qısqanclığına səbəb olurlar.